Cüneyt Çakır ilk dəfə baş tutacaq Çempionlar Liqasının "Səkkizlər finalı"nda!

15 İyul 2020 21:13 (UTC+04:00)

Türkiyəli referi Cüneyt Çakır bu mövsüm Çempionlar Liqasının "Səkkizlər finalı"nda təyinat alacaq.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "səkkizlər finalı"na ev sahibliyi edəcək Lissabonda iş başında olacaq hakimlər sırasında onun da adı var.

Qeyd edək ki, ÇL-də 1/4 finaldan başlayaraq bütün matçlar 12-23 avqust tarixlərində Lissabonda keçiriləcək.