Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirib

15 İyul 2020 14:49 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.

SİA xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb.

Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan-Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.