Bir qrup azərbaycanlı İsveçin paytaxtı Stockholmda Ermənistanın təcavüzkarlarının Tovuz rayonu istiqamətində törətdikləri təxribatlara etiraz olaraq dinc aksiya keçirib.
SİA-nın məlumatına görə, aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları ilə Ermənistan səfirliyinin qarşısına yürüş edib.
Həmin şəxslər səfirlik qarşısında Azərbaycanın dövlət himnini oxuyublar.