Xatirə də yürüşə qatılıb VİDEO

15 İyul 2020 17:17 (UTC+04:00)

Gecə saatlarında yürüş iştirakçıları Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib. SİA-nın məlumatına görə, yürüşə qatılanlar arasında müğənni Xatirə İslam da yer alıb. İfaçı gecədən video çəkərək "İnstagram" səhifəsində yayımlayıb.

Xatirə paylaşımına bu sözləri qeyd edib: "Şəhidlərin xatirəsinə olan bu birlik yürüşü çox qürurverici oldu. Evdə qala bilməzdim. Hələ lazım olsa, müharibəyə yararlıyam, ən azından yemək bişirməyə".