Kitabxana “Şəhidlik zirvəsi” adlı videoçarx hazırlayıb

15 İyul 2020 16:37 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Vətən uğrunda həlak olmuş şəhidlərimizə həsr olunan videoçarx hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, “Şəhidlik zirvəsi” adlı videoçarxdakı şeirləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı səsləndirib.

Səsləndirilən şeirdə anaların şəhid balalarının məzar daşına laylay oxuması, deyə bilmədiyi dərdini və arzusunu qəbir daşına söyləməsi, ananın yeganə təsəllisinin övladının şəhidlik zirvəsinə yüksəlməsi olduğu vurğulanır.

Videoçarx “YouTube” kanalında yerləşdirilib.