İranda COVID-19-un ikinci dalğası başlayıb

15 İyul 2020 12:45 (UTC+04:00)

“İran koronavirusun ikinci dalğasından da keçəcək”.

“RİA Novosti” xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün hökumətin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, birinci dalğa əsasən ölkənin şimal və mərkəzi hissəsinə təsir göstərib, mayın ortalarında başlayan ikinci dalğa isə ölkənin cənub bölgələrinə daha çox ziyan vurur.

İranda koronavirusa ilk yoluxma faktının qeydə alındığı 19 fevral tarixindən bu yana 262 mindən çox yoluxma halı aşkarlanıb, bunlardan 13,2 mini ölümcül olub.

Hazırda 225 mindən çox insan virusdan sağalıb.