Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

15 İyul 2020 12:52 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş B.Bəşirovun Sabirabad rayonu ərazisindəki evlərin birindən oğurluq etməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş B.Bəşirovun ətrafında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 800 manat pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.