Xaçmazda ölümlə nəticələnən qəza

15 İyul 2020 12:30 (UTC+04:00)

Xaçmaz rayonu Həsənqala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 14-də saat 22 radələrində Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində şəhər sakini Ə.Fərzalıyev idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Qusarçay kənd sakini Çingiz Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.