Azərbaycanın dünyada nüfuzunun artması Ermənistanı qıcıqlandırır

15 İyul 2020 11:27 (UTC+04:00)

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə cəhd ediblər. Dünya ictimaiyyətinin başı COVID-19 pandemiyası ilə mübarizəyə qarışdığı bir zamanda belə Ermənistan öz məkirli siyasi ambisiyalarından əl çəkmir. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır.

Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. N.Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Cənab Prezident İlham Əliyevin son çıxışlarında Ermənistana qarşı verdiyi mesajlar əslində Paşinyanın beynəlxalq platformada əsil simasını göstərdi. Hesab edirəm BMT-nin Təhlükəsizlik Şurası pandemiya ilə mübarizə dönəmində bölgədə sabitliyin pozulmasına yol açan Ermənistan təxribatını görməzdən gəlməyəcək.

Ermənistan bölgəyə və regiona təhdiddir. Bu məsələ düşünürəm ki, BMT-ni düşündürməlidir. Paşinyan rejmi Sarkisyan rejmindən fərqli olaraq, Rusiya hakimiyyətinə sədaqətli deyil. Rəsmi İrəvan bu gün Avropa ilə Rusiya arasında “siyasi tərəzi” mexanizmi ilə siyasət aparmaq niyyətini ortaya qoyub ki, bu da birmənalı olaraq rəsmi Moskvanın qıcığına səbəb olur. Digər tərəfdən də, Ermənistanda mövcud pandemiyadan dolayı baş verən xaotik vəziyyət, ictimaiyyətin sosial iqtisadi baxımdan acınacaqlı halda olması, Paşinyan rejminin yaxın gələcəkdə süquta uğraması ilə nəticələnəcək.

İbadov Təyyar, Bilgəh bələdiyyəsinin sədri