Ermənistanda koronavirusa yoluxanların sayı 33 mini ötdü

15 İyul 2020 11:02 (UTC+04:00)

Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 33 005-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 592-yə çatıb. İndiyədək 21 348 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 876 aktiv koronavirus xəstəsi var.