Paşinyan rejimi hərbi cinayətkar bir rejimdir - ŞƏRH ÖZƏL

15 İyul 2020 10:31 (UTC+04:00)

"12 iyul hadisələrini Azərbaycan gözləyirdi. Bu yaxınlarda Fövqəlaqə Hallar Nazirliyinin Xətai rayonunda yeni modul tipli xəstəxananın açılışında cənab Prezident bir neçə tezis irəli sürüb və qeyd edib ki, Ermənistan cinayətkar bir dövlətdir. Paşinyan rejimi bu gün siyasi rəqiblərini, siyasi opponentlərini həbs və ya başqa yollarla aradan götürür. Paşinyan rejimi korrupsiyaya uğramış bir rejimdir. Bəli, bu faktlarla da sübut edilib". Bunu SİA-ya açıqlamasında poltoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Paşinyan xanımı Anna Hakopyanın adına fond yaradıb və bu fond vasitəsilə yazıq, rəzil erməni xalqının pulunu yeyir: "Əlbbətə ki, Paşinyan Ermənistanda diktatura, avtoritar bir rejim qurub. 12 iyul hadisələri də göstərir ki, Paşinyan həmçinin hərbi cinayətkar bir rejimin rəhbəridir. Bu gün Ermənistanın Dağlıq Qarabağ bölgəsindən deyil, Tovuz istiqamətindən Azərbaycan sərhədlərində təxribat törətməsi onu göstərir ki, məqsədləri başqadır. Məqsəd Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə üz-üzə qoymaqdır. Lakin gözlədikləri kimi olmadı və hələ ki, KTMT-dan heç bir reaksiya yoxdur. Azərbaycanın yolu haqq yoludur".

Y.Bağırzadə vurğulayıb ki, bu gün Ermənistanda həm sosial-iqtisadi, həm pandemiya, həm də siyasi vəziyyət gərgindir: "Paşinyanın opponentləri ona qarşı bir cəbhədə birləşərək, güc nümayiş etdirirlər. Bütün bunların qarşısını almaq üçün də məhz o hərbi provokasiyaya əl atıb. Lakin prinsip etibarilə bu baş tutmayıb. Azərbaycan bu gün pandemiya ilə əlaqədar olaraq 30 dövlətə, ÜST-na bir sıra yardımlar edib. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatın zirvə toplantısını çağırıb. Həmçinin cənab Prezident BMT BA-nın xüsusi sessiyasını çağırıb. Bu da 130 dövlət tərəfindən qəbul edilib. Azərbaycan hər cəhətdən düzgün yoldadır və Azərbaycanı bu yoldan heç kim çəkindirə bilməz. Xüsusilə qeyd etmək istəyirəm ki, sosial şəbəkədə bəzi qruplar bəzi təxribat yönümlü çağırışlar edir. Bu təxribatlara uymaq lazım deyil. Cənab Ali Baş Komandanın başçılığı ilə ordumuz Ermənistanın layiqli cavabını hər zaman verib və verəcək!".