Azərbaycanlı aparıcı övladları ilə Tovuzda FOTOLAR

15 İyul 2020 11:11 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Tovuz rayonu ərazisində şiddətli döyüşlər gedir. SİA-nın məlumatına görə, aparıcı Aytəkin Mərdanova dünyaya göz açdığı Tovuz rayonuna övladları ilə birgə gedib.

O, rayondan uşaqları ilə çəkdirdiyi şəkilləri sosial media hesabında yayımlayıb. O, paylaşımında şeir yazıb:

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır!!!
Doğma Tovuzumda...