İndoneziyada 54 jurnalist qısa müddətdə koronavirus infeksiyasına yoluxub

15 İyul 2020 08:42 (UTC+04:00)

İndoneziyanın Şərqi Yava bölgəsindəki Surabaya şəhərində 54 jurnalist qısa müddətdə koronavirus infeksiyasına yoluxub.

SİA “Jakarta Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Müstəqil Jurnalistlər Alyansı məlumat yayıb.

Bildirilib ki, onlardan 3 nəfəri - yerli dövlət radiosunun Surabay şöbəsinin əməkdaşları dünyasını dəyişib.

Bazar ertəsi test sınaqları müsbət olan jurnalistlərdən ikisi xəstəxanaya yerləşdirilib.