Türkiyə və ABŞ prezidentləri arasında arasında telefon danışığı baş tutub

15 İyul 2020 06:40 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

SİA xəbər verir ki, liderlər regional məsələlər, ikitərəfli əlaqələr, qarşılıqlı ticarət həcminin 100 milyard dollara çatdırılması və Liviyada sülhün bərqərar olunması üçün daha yaxın əməkdaşlıq məsələlərini müzakirə ediblər.