“Çelsi” elita ilə vidalaşacağı dəqiqləşən “Norviç”i bir qolla məğlub edib

15 İyul 2020 01:13 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son turda “Şeffild Yunayted” səfərindən xalsız dönən “Çelsi”, bu dəfə elita ilə vidalaşacağı dəqiqləşən “Norviç”i qəbul edib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

İngiltərə Premyer Liqası

36-cı tur

14 iyul

Çelsi – Norviç 1:0

Qol: Jiru, 45-pen.

15 iyul

21:00 Bernli – Vulverhempton

21:00 Mançester Siti – Bornmut

21:00 Nyukasl – Tottenhem

23:15 Arsenal – Liverpul

16 iyul

21:00 Everton – Aston Villa

21:00 Lester – Şeffild Yunayted

23:15 Kristal Pelas – Mançester Yunayted

23:15 Sauthempton – Brayton

17 iyul

23:00 Vest Hem – Uotford