Mayor Namiq Əhmədov dəfn olundu - FOTOLAR

14 İyul 2020 22:52 (UTC+04:00)

Səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olan , mayor Əhmədov Namiq Hajan oğlu dəfn olunub. SİA xəbər verir ki, Namiq Əhmədovun nəşi Qazax rayonu, Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində izdiham yaşanıb.