Ermənistanın daha iki hərbçisi Azərbaycan tərəfindən atılan atəş nəticəsində ölüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycandan açılan atəş nəticəsində təcili hərbi heyət, kiçik çavuşlar Smbat Qabrielyan və Qrisha Matevosyan ölümcül yaralanıblar və hər ikisi həyatını itirib.
Xatırladaq ki, bundan əvvəl Müdafiə Nazirliyi daha iki hərbi qulluqçunun öldüyü barədə məlumat vermişdi.