Erməni mayoru və kapitanının döyüşlərdə öldüyü etirafı Ermənistan mətbuatında

14 İyul 2020 18:45 (UTC+04:00)

Azərbaycan ilə sərhəddə döyüşlər zamanı iki hərbçi ölüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan etiraf edib.

"Düşmənin Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində atəş etməsi nəticəsində mayor Qaruş Vemiroviç Ambarsumyan və kapitan Sos Pailakoviç Elbakyan ölümlə nəticələnən yara alıb", deyə Stepanyan öz Facebook səhifəsində yazıb.