2019-cu il dövlət büdcəsinin icrası haqqında qanun təsdiqləndi

14 İyul 2020 17:22 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər 24 218 061,7 min manat, xərclər 24 425 914,0 min manat məbləğində olmaqla təsdiq edilsin.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri aşağıdakı kimi qəbul edilib:

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir.