Ermənilər Qazaxın Xanlıqlar kəndini atəşə tutub

14 İyul 2020 16:39 (UTC+04:00)

Bu gün saat 14:28 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Qazax rayonunun Xanlıqlar kəndi istiqamətində atəş açıb.

SİA-nın Qərb bürosundan verilən xəbərə görə, kənd sakinləri arasında yaralanan və xəsarət alanlar olmayıb.