Qız qalası haqqında videoçarx hazırlanıb

14 İyul 2020 16:09 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına salınmış qədim tarixi memarlıq abidəsi olan Qız qalası haqqında videoçarx hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarx vasitəsilə izləyicilər paytaxtımızın incisi Qız qalasına virtual tura çıxacaq, abidənin özəllikləri barədə ətraflı məlumat əldə edə biləcəklər.

Videomaterial kitabxananın “Instagram” hesabında izləyicilərə təqdim edilib.