Aprel və Günnüt qələbəsinin ardı gələcək! SİYASİ RAKURS + AKTUAL

14 İyul 2020 15:53 (UTC+04:00)

Son bir neçə gündə Ermənistan silahlı qüvvələrinin Tavuş rayonu istiqamətindən başlayaraq, Azərbaycanın Tovuz rayonunun həmsərhəd kəndlərinə, hərbi dayaq nöqtələrinə, eləcə də mülki əhalinin yaşadığı ərazilərə qarşı ard-arda təxribatçı hərəkətlərə yol verməsi əlbəttə ki, cavabsız qalmayacaqdı. Daha dəqiq desək, Ermənistan rəhbərliyinin siyasi həyasızlığı bu dəfə də özünü bənzərsiz şəkildə göstərdi. Belə ki, rəsmi Yerevanın ölkədə uğradığı tənəzzül, sadə erməni xalqının Paşinyan rejiminə qarşı etimadsızlığı və nifrəti, eyni zamanda, Ermənistan hakimiyyətinin xarici diplomatik uğursuzluqları, xüsusilə anti-Rusiya xarakterli çıxışların artması bütövlükdə koronavirus epidemiyasının tüğyan elədiyi, ölüm kabusuna çevrilmiş ölkəni birdəfəlik dalana dirədi.

Vətən oğlu döyüş meydanında təcavüzkara qarşı heç fərq qoymur, hər kəs rütbəsindən asılı olmayaraq, birmənalı şəkildə və aslanlar kimi, əlində silah, yağı düşmənə qarşı sinə gərir!

Və gözlənildiyi kimi, Paşinyan hökuməti də əvvəlki hakimiyyətlər kimi dərhal hərbi-siyasi təxribatlara gedərək, ictimai fikirləri, vətəndaş narazılığını istiqamət olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına doğru yönəltməyə cəhd göstərdi – bu dəfə Azərbaycanın Tovuz rayonu istiqamətində. Təəssüf ki, erməni işğalçılarının növbəti təxribatları nəticəsində şəhidlərimiz də oldu. Amma müharibə də itkisiz olmur əlbəttə ki... Onlar müqəddəs torpaqlarımızın, ərazi bütövlüyümüzün uğrunda “uf” demədən canlarını qurban verdilər. Bir daha sübut olundu ki, sıravi hərbi qulluqçumuzdan tutmuş generalınadək əlində silah tutan hər bir Vətən oğlu döyüş meydanında təcavüzkara qarşı heç fərq qoymur, hər kəs rütbəsindən asılı olmayaraq, birmənalı şəkildə və aslanlar kimi, əlində silah, yağı düşmənə qarşı sinə gərir!

Paşinyan rejiminə qarşı hiddət doğuran çıxışlar edilir və elə sosial şəbəkələrin erməni seqmentlərindən yayılan bir sıra informasiyalar da bu reallığı əks etdirməkdədir

Məhz bunun nəticəsidir ki, düşmənin törətdiyi təxribat onun özünə çox baha başa gəlməkdədir. Yüzlərlə canlı və tüxniki itki ilə üzləşən işğalçı rejimin silahlı qüvvələri eyni zamanda hərbi dayaq nöqtələrini, mövqelərini, hətta silahlarını belə qoyub-qaçırlar. Üstəlik, bu uğursuzluğun fonunda Ermənistandakı sadə xalq Paşinyan rejiminə qarşı hiddət doğuran çıxışlar edir və elə sosial şəbəkələrin erməni seqmentlərindən yayılan bir sıra informasiyalar da bu reallığı əks etdirməkdədir. Paytaxt Yerevanın mərkəzinə yığılan əsgər valideynləri hərbi-xunta rejimindən övladları barədə xəbərlər verilməsini tələb edirlər. Onlarla yanaşı, bir sıra müxalifətyönlü təşkilatlar və hərəkatlar son bir neçə gündə güzlədilən ölüm saylarının açıqlanmasını hakimiyyətə qarşı şərt kəsir, əks halda, ölkədə yeni qiyamların başlayacağını bəyan edirlər. Yəni bu faktın özü bir daha sübut edir ki, ermənilər açıq-aydın növbəti lokal müharibənin başlamasından ciddi təlaşlar keçirməyə başlayıblar, üstəlik bunun Paşnyanın öz hakim rejimini saxlamaq üçün etdiyini bilərək, daha da hiddətlənir, qəzəbə boğulurlar. Söz yox ki, sadə erməni Aprel və Günnüt qələbələrini unutmayıb və yaxşı bilir ki, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlarsa, bir neçə gün ərzində işğal altındakı torpaqlarımızla yanaşı, dədə-baba Qərbi Azərbaycan torpaqlarımızı da öz tarixi xəritəsinə qaytarmaq əzmindədir. Bunu Paşinyan hərbi-siyasi rejimi də yaxşı bilir və ona görə də dərhal Qərbdəki ağalarının qucağına atılaraq xilas olacxaqlarını düşünür. Amma necə deyərlər, “bu xına o xınadan deyil”... Niyəsini isə izah etmək çox asandır...

KTMT ermənilərin gözləntilərinə cavab vermədi!

Məsələn, götürək Ermənistanın da üzv olduğu və hərbi alyans kimi tanınan Kolektiv Təhlükəsizlik Müqaviləsi ölkələri Təşkilatını (KTMT). Bu təşkilat atəşkəs pozulan andan dərhal sonra növbədənkənar toplantı keçirməyi planlaşdırdı. Hətta Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Paşinyanın tapşırığı ilə KTMT-nin rəhbərliyindən xahiş də etdi. Amma fakt-faktdır! KTMT növbədənkənar iclasını müddətsiz təxirə saldığını rəsmi qaydada bəyan etdi və erməniklər dayaq nöqtəsi saydıqları bu qurumdan əməllicə boyunardı şillə yedilər. Niyəsini isə ehtimal etmək heç də çətin deyil. Sadəcə bir misalı gətirək: Paşinyan Qərb dəstəkçilərinin əli və ölkəsindəki hakimiyyətyönlü siyasi partiyaların, QHT və ictimai birliklərin rəhbərlərinin vasitəsi ilə Rusiyanın Gümrüdəki hərbi bazasının ölkədən çıxarılmasını tələb edir, Rusiya isə əlbəttə müxtəlif syasi qərarları ilə Ermənistanı dalana sıxışdırır. Nəzərə alarsaq ki, elə KTMT qeyri-rəsmi olaraq, bilavasitə rəsmi Kremlin egidası altında fəaliyyət göstərir, bu zaman nəyin-necə olmasını, hadisələrin nəyə görə ermənilərin əksinə getdiyini rahat şəkildə ayrıd edə bilərik.

Ermənistan rəhbərliyinin adi bir KTMT iclasını çağıra bilməməsi fonunda Azərbaycan dövlətinin BMT çərçivəsində kütləvi dəstək alması artıq bütün kartları açır, Ermənistanın işğalçı dövlət kimi iflası və ifşasını sübut edir!

Başqa tərəfdən, artıq Azərbaycan dövləti istər diplomatik, istərsə də hərbi-siyasi və s. istiqamətlərdə aşkar söz sahibinə çevrilib, Bakı beynəlxalq aləmin mərkəzi rolunda çıxış edir, dünyanın aparıcı ölkələrinin hərbi-siyasi, diplomatik dairələri danışıqlar masasını məhz Bakıda seçirlər. Eyni zamanda, bir çox ölkələr, o cümlədən nüfuzlu təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyir, torpaqlarımızın işğaldan azad olunmasını qeyd-şərtsiz tələb edir, qondarma “DQR”i tanımadıqlarını çoxsaylı bəyanat və qətnamələri ilə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Prezident İlham Əliyevin bir təşəbbüsü ilə bütün dünya müxtəlif beynəlxalq təşkilatlar formatında toplaşır, ideya və fikirlərini dəstəkləyir, istənilən müsbət prosesləri alşıqlayırlar. Məsələn, dövlət başçımızın BMT-nin xüsusi iclasını çarğıması təşəbbüsünə 130 (!) ölkə dərhal dəstək göstərdi. Ermənistan rəhbərliyinin adi bir KTMT iclasını çağıra bilməməsi fonunda Azərbaycan dövlətinin BMT çərçivəsində kütləvi dəstək alması artıq bütün kartları açır, Ermənistanın işğalçı dövlət kimi iflası və ifşasını sübut edir!

Növbəti qələbəmiz məhz işğalçı, təcavüzkar və təxribatçı, saxta dövlət kimi dünya xəritəsin sırınmış Ermənistanın özündə qeyd olunacaq

Bu zaman belə nəticə hasil etmək olar ki, Ermənistanın hakim rejimi yalnız xaıq tərəfindən deyil, həm də beynəlxalq aləm tərəfinmdən təcrid olunmaqda, rədd edilməkdədir. Çünki erməni hərbi-siyasi dairələri hər zaman olduğu kimi, bu dəfə də mülki vətəndaşlarımızı, onların evlərini hədəfə alır, öldürür və qanlarını axıdırlar. Artıq çöldə 90-cı illər deyil, 21-əsrin ikinci onilliyidir və Azərbaycanın haqq səsini bütün dünya eşidir.

Qarşıda isə xalqımızı növbəti qələbələr gözləyir – Aprel və Günnüt zəfərlərindən sonra diqqət Tavuşa tərəf yönəlib. Bəli, növbəti qələbəmiz məhz işğalçı, təcavüzkar və təxribatçı, saxta dövlət kimi dünya xəritəsin sırınmış Ermənistanın özündə qeyd olunacaq. Ali Baş Komandanımız cənab İlham Əliyevin də vurğuladığı kimi, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların qanları qisas yolu ilə alınır və alınacaq! İrəli aslan Azərbaycan əsgəri!

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, nədənsə ATƏT-in Minsk qrupu yenidən dərin yuxusundan ayılıb və yadına düşüb ki, boynunda sözügedən münaqişə adlı ağır yükü var. Ancaq gecdir...