Avtomobil velosiped sürən 4 yaşlı uşağı vuraraq öldürüb

14 İyul 2020 15:48 (UTC+04:00)

Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 13-də saat 16 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.