Ermənistan hərbi bölmələri mülki şəxsləri və evləri atəşə tutub

14 İyul 2020 14:51 (UTC+04:00)

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakı dağılıb, xeyli maddi ziyan dəyib. SİA-nın Qərb bürosuna bu barədə yerli sakinlər xəbər veriblər. Faktı İcra Hakimiyyətindən də təsdiq ediblər.

Belə ki, Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəymişdir, o cümlədən

1. 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə.

2. 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına məxsus həyətyanı torpaq sahəsinə.

3. 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna məxsus həyətyanı torpaq sahəsinə.

4. 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahəsinə ziyan dəyib.