“Bu təxribat faşist xislətidir və bəşəriyyətə düşmənçilikdir” ÖZƏL-MÜNASİBƏT

14 İyul 2020 14:55 (UTC+04:00)

Əlbəttə ki, Cənab Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi kimi, bu Ermənistanın birinci təxribatı deyil və Ermənistan daimi olaraq Azərbaycana, türk xalqlarına qarşı belə təxribatlar illər boyu törədib və bu təxribatda da yenə özünü göstərir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bu, təxribatdan da əlavə faşist xislətidir, müəyyən fürsətdən bəhrələnmək cəhdidir, çünki, ermənilər elə bir xislətdədirlər ki, bunlar ən adi vəziyyətdən də, ən ağır vəziyyətdən də istifadə etməyə çalışırlar.

“Fikir verin ki, Azərbaycan Respublikası dünyanı, dünya xalqlarını koronavirusa qarşı mübarizəyə səsləyir, BMT Baş Assambleyasında müzakirəsi, müxtəlif təşkilatlarda xətəliklə mübarizə yolları müzakirə olunur, dünya vahimə içərisindədir, dünya bu xəstəliyə qarşı kəskin mübarizə mövqeyindədir, amma belə bir halda Ermənistan hakimiyyəti, Ermənistanın hakim siyasi dairələri sərhəddə təxribat cəhdi göstərirlər. Bu fürsətdən istifadə etmək cəhdi və faşist xislətidir. Bu insanlığa layiq deyil və bəşəriyyətə düşmənçilikdir. Çünki, bu gün bəşəriyyət xəstəliyin əlində naəlac qalıb və bütün qüvvələr bu məqamda birləşməlidir, dünya həmrəy olmalıdır, dünya xalqları həmrəylik göstərməlidir. Düşmənçilikdən asılı olmayaraq bir bəşəri duyğu göstərilməlidir ki, bu bəladan insanlar necə çıxsınlar. Ancaq Ermənistan rəhbərliyi belə bir vaxtda cəbhə xəttində təxribat edir, Azərbaycan rayonlarını atəşə tutur, müəyyən əraziləri zəbt etməyə çalışırlar. Cənab Prezident səsləndirdi ki, Azərbaycan Ordusu güclüdür və düşmənə hər vasitə ilə cavab verməyə hazırdır. Bu döyüşlərdə də, bu təxribat zamanı da bu özünü göstərib və ermənilər külli miqdarda canlı qüvvə itiriblər. Bilirisiz, Paşinyan hakimiyyəti bu dəqiqə hakimiyyət deyil, bu əldə olunan bir oyuncaqdır və öz mövqeyini də itirməkdədir. Məhz buna görə də o bir millətçi kimi istəyir ki, müəyyən problemlərdən yaxasını qurtarsın və sərhəddə təxribat törətməklə müəyyən problemlərin üstünü örtsün. Ancaq bu keçərli deyil. Bütün dünya Azərbaycanın mövqeyini bilir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bütün dünya Azərbaycan Prezidentinin hansı mövqedə durduğunu, hansı bəşəri hisslərlə yaşadığını, dünya xalqlarına necə kömək göstərmək istədiyini və göstərdiyini də görür. Ancaq, nə etmək olar ki, qonşu dövlət belə çətin vaxtda yenə də öz faşistliyini, öz qəddarlığını göstərir.

Sərhəddə bizim 4 nəfər gəncimiz, 4 hərbiçimiz dünyasını dəyişib və Allah onlara rəhmət eləsin. Bilirsiz, onların qanı yerdə qalmayıb. Onların qanını biz almışıq və sözsüz ki, bundan sonra da alacayıq. Ancaq bir vətəndaş kimi, bir insan kimi, eləcə də müharibəyə, terrora, təxribata yox deyən bir insan kimi, elə bilirəm ki, bu yolverilməz haldır. Dünya da, sülhsevər bəşəriyyət də bunu belə görür. Ancaq çox təəssüflər olsun ki, yenə də deyirəm, bəzi beynəlxalq təşkilatlar susurlar. Yenə də ATƏT-in Minsk Qrupu bəyanat verdi ki, razılığa gəlinsin, atəşkəs dayandırılsın, danışıqlar bərpa olunsun və sair. Bilirsiz, ikili mövqedən yanaşma olmaz. Nə qədər ki, ikili mövqe olacaq, bu təxribatlar davam edəcək. Çünki, biz erməni xislətinə bələdik. Ermənilərin nəyə xidmət etdiklərini, hansı mövqedə durduqlarını biz bilirik.

Bu gün Paşinyan ortalıqda qalıb. Nə Avropa tərəfindən dəstəklənir, nə Qərb ona bir ciddi yardım göstərir, nə də Rusiya ilə münasibətləri sağlam deyil. Ona görə də bilmir nə etsin. Bunların da yolu təcavüzdür, terrordur, ölümdür, qandır və ona görə də bax belə təxribatlara əl atırlar. Azərbaycan Ordusu qüvvətlidir. Azərbaycanın Ali Baş Komandanı yerindədir. Elə bilirəm ki, sərhəddə törədilən hər bir terror aktının, hər bir təxribat aktının qarşısı qətiyyətlə alınacaq. Azərbaycanın bir qarış torpağı da ermənilərə verilə bilməz. Bu qeyri mümkündür. Ancaq ölkə rəhbəri dəfələrlə qeyd edib ki, biz qan axıtmaq fikrində deyilik. Biz müharibə alovlandırmaq fikrində deyilik. Biz insanların qırılmasına, insanların məhvinə şərait yaratmaq fikrində deyilik. Ancaq çox təəssüflər olsun ki, erməni rəhbərliyi bunu başa düşmür. Çünki, onlar erməni xalqı üçün məsuliyyət daşımırlar, onlar vəzifədən ötrü çalışırlar. Onlar ancaq vəzifədə qalmaqdan ötrü bu əməllərə əl atırlar. Onlar öz mövqelərini möhkəmləndirməkdən ötrü Qarabağ kartından istifadə edir, millətdən istifadə etmək üçün də özlərini millətçi donunda göstərirlər və istəyirlər ki, hakimiyyətdə bir az da qalsınlar, öz hakimiyyətlərinin ömrünü bir az da uzatsınlar. Ancaq bu xalqa xəyanətdir, xalqa düşmənçilikdir və erməni xalqı da uçuruma gedir və artıq bu uçurumun qırağındadır. Ümid edirəm ki, haqq-ədalət öz yerini tez bir zamanda tutacaq, Azərbaycan öz torpaqlarını düşməndən azad edəcək, beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar götür-qoy edib konkret fikir söyləyəcəklər”, deyə Tahir Rzayev bildirib.