Dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

14 İyul 2020 14:48 (UTC+04:00)

Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 13-də saat 21 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində O.Həsənəliyevin və Goranboy rayon sakini C.Dadaşovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə O.Həsənəliyevin sərnişinləri atası Sabirəddin və anası Səkinə, C.Dadaşovun sərnişini Kamil Dadaşov hadisə yerində ölmüş, hər 2 sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.