Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb

14 İyul 2020 14:34 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.

Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.