Keçmiş məhkum narkotik üstündə tutuldu

14 İyul 2020 14:30 (UTC+04:00)

Səbail rayonu ərazisində yaşayan R.Axundovdan külli miqdar narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş R.Axundovdan 3,900 qram heroin, habelə yaşadığı evə baxış zamanı 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar edilib götürülüb.