General-mayor və polkovnik şəhid olub

14 İyul 2020 13:22 (UTC+04:00)

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub. SİA-nın “Report”a istinadən verdiyi xəbərə görə, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general mayoru Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", deyə o bildirib.