Tavuşun Berd şəhəri Azərbaycan SQ-nin nəzarəti altındadır Ermənistan MN

14 İyul 2020 12:53 (UTC+04:00)

Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, Azərbaycanın pilotsuz uçan aparatları Berd şəhəri üzərində hərbi-uçuş əməliyyatları keçirib. SİA xəbər verir ki, bu barədə panorama.am saytı yazır.

Erməni saytı iddia edib ki, uçuşlar nəticəsində guya Berd şəhərinin mülki infrastrukturu da hədəfə alınıb. Bir müddət əvvəl isə, Ermənistan MN-nin mətbuat katibi Şuşan Stepanyan özünün facebook səhifəsində yazıb ki, Azərbaycanın Silahlı Qüvvələrinin zərbə endirən pilotsuz uçan aparatları Tavuş vilayətinin Berd şəhərinin infrastrukturlarını hədəfə alıb.

Xatırladaq ki, işğalçı və təcavüzkar Ermənistan tərəfi bu vasitələrlə Azərbaycanın mülki əhalisinin yaşadığı əraziləri ağır artilleriya və top mərmilərindən atəşə tutmasını gizlətməyə cəhdlər edir. Belə ki, açılan atəşlər nəticəsində evlərə ziyan dəyib və bir nəfər 70 yaşlı mülki vətəndaşımız həlak olub.