"Dünya erməni zülmünə qarşı kar, lal və kordur" - Türkiyəli deputat

14 İyul 2020 11:59 (UTC+04:00)

"Təəssüf ki, dünya erməni zülmünə qarşı kar, lal və kordur". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ordudan olan millət vəkili Mətin Gündoğdu Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlardan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dərhal öz torpağı olan Dağlıq Qarabağ bölgəsinə girməsi lazımdır: "Ermənilər son hücumlarında 3 azərbaycanlı əsgərimizi şəhid etdi. Ermənistan birilərinin əlində alət olaraq, bölgədə qeyri-sabitlik yaratmağa xidmət edir. Azərbaycanın dərhal öz torpağı olan Dağlıq Qarabağ bölgəsinə girməsi lazımdır. Çünki 3 əsgərimizi şəhid edən Ermənisan bu işin böyüməsini istəyir. İllərdir işğal etdikləri Azərbaycan torpaqlarının artıq geri almağın zamanı gəlib. Türkiyə Cümhuriyyəti Azərbaycanın hər zaman arxasındadır".

Tarix boyunca Ermənistanın Türk millətinə işgəncə etdiyini deyən Gündoğdu qeyd edib ki, Ermənistan bu bölgənin islah olunmayan və özünü hər cür imperialist xəyallardan qurtara bilməyən bir ölkədir:

Ermənilər və tərəfdaşları 1915-ci ilə olayları üzərindən hər zaman Türkiyəyə hücuma keçdilər. Öz əməllərinə nəzər salmadan türklərin onlara zülm etdiyini bildirdilər. Dünyanın bütün arxivlərində isə ermənilərin türk millətinə zülm etdiyi ortadadır. Ermənilər o gündən bu günə qədər bölgənin qarışması üçün can atır”.