Ermənistan Dondar Quşçu kəndini yenidən atəşə tutub

14 İyul 2020 10:36 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. SİA-nın verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evini hədəf alıb. Atəşlər nəticəsində Dondar Quşçu kəndində yerləşən ev yararsız vəziyyətə düşüb.

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.