Arif Məmmədov ipləmə imiş ki…

13 İyul 2020 19:49 (UTC+04:00)

İnsanda ağıl, dərrakə yaxşı şeydir. Mən deyərdim ki, əladanda, əladır. Amma nə yazıqlar ki, heç də, hər kəsdə bu qiymətli nemət olmur. Bəlkədə, yaranışının ilkin mərhələsində, misklda olsa ağılı olduğu hissi olunub. Ancaq fəaliyyətini bəd əməllərə, mənasız işlərə sərf etdiyindən olan-qalan ağlı sabun köpüyünə çevrilib.Bu baxımdandır ki, bəzi düşüncəli insanlar Allaha dualarında “Allahım məni öz dərgahına aparana qədər ağılımı əlimdən alma” deyə yalvar-yaxar edirlər. Azərbaycanımızın dahi şairi Nizami Gəncəvi yaxşı deyib, İnsana arxadır onun kamalı, ağıldır hər kəsin dövləti, malı.

Amma gəlin razılaşaq ki, elə insan cildində olan məxluqlar var ki, onlar üçün ağıl əsas deyil. Başlıca istəyi pul-para əldə etmək və vəzifə pillələrində yüksəlməkdir. Yəni bütün gücünü və imkanını, müxtəlif yollarla pul qazanmağa və vəzifə pillərində yüksəlməyə sərf edir. Dayanıb durduğu, ətrafına boylanıb, haqqında hansı fikirlərin dolaşdığına qulaq kəsildiyi məqamlarda olur. Ancaq hamının onun əlləm-qəlləm əməllərinə, danışıqlarına dodaq büzüb, rişxənd etdiyini aydınılaşdıranda, “olsunda” deyib, köçünü davam etdirir. Belələrinə, el arasında “gönü qalın” və ya “naqqal” deylir. Bunu da o şəxs bilir və yenədə heçnə olmamış kimi, pulunu qazanır və vəzifəsini icra etdirir. Vay o günə ki, belə məxluqatlar siyasət aləmində olsunlar. O halda çirkinlik daha açıq şəkildə özünü göstərəcək. Qondarma “diplomat” Arif Məmmədovun hərəkətlərinə, danışıqlarına diqqətlə fikir verilsə, mənim nə qədər uzaqgörən və insanları tanımaq sərrafı olduğmu görmək olar. Sübut edim: Birincisi, bu məxluqun ağılı olsa idi, ermənilərin deyil, böyüyüb boya başa çatdığı Azərbaycanın maraqlıarını müdafiə edərdi.

O başqa söhbətin mövzududur ki, erməni diasporası və anti-Azərbaycan dairələr ona pul verib, Azərbaycan dövləti və xaqı haqqında “Azərbaycan saatı”nda və ya “Osmanqızı” internet televiziyasında daxili zibillərini ifraz edir. İkincisi, onun az da olsa ağılı olsa idi, övladı Cəmil Məmmədovu özünə yoldaş etməzdi. Bu məxluq o dərəcə ağlını itirib və erməni sevdalısıdır ki, iyulun 12-də cəbhədə erməni təxribatının qarşısı güclü və qüdrətli Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb, dığalar məhv edilib, hərbi texnikaları sıradan çıxarılarkən canlı yayımlara çıxıb, erməni bulağından su içənlərdən olduğunu açıq şəlkidə nümayiş etdirir. Hətta bir qədərə uzağa gedərək, 2016-cı il aprel zəfərinin bir oyun olduğuğunu sərsəmləyir. Bu azmış kimi, 12 iyul erməni təxribatının Azərbaycanın ziyanına olacağını sayıqlayır.

Cəbhədə baş verən hadisələrdən milli mənsubiyyətindən və siyasi düşüncəsindən asılı olmayaraq hər kəsin düşmənə qarşı birləşdiyi‚ həmrəylik sərgilədiyi bir vaxtda A.Məmmədov özü səviyyəli və ağılsız məxluqlarla bir araya gələrək, düşmənlə eyni mövqedə olduğunu nümayiş etdirir. Belələri üçün yaxşı deyilib, Allah ağıl versin.

İ.ƏLİYEV