Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına hazırlıq

13 İyul 2020 16:39 (UTC+04:00)

1987-ci ilin sonunda Ermənistan Sovet Sosialist Respublikası (aşağıda Ermənistan SSR adlandırılacaq), Azərbaycan Sovet Sosialist Respublikasının (aşağıda Azərbaycan SSR adlandırıla-caq) Dağlıq Qarabağ Muxtar Vilayətinin (aşağıda Dağlıq Qara-bağ adlandırılacaq) ərazisinə öz iddialarını açıq-aşkar elan etdi. Bu, azərbaycanlıların Ermənistan SSR və Dağlıq Qarabağdan kütləvi şəkildə qovulmasına, eləcə də Dağlıq Qarabağın Azər-baycan SSR tərkibindən birtərəfli ayrılmasına yönəlmiş bir sıra qanunsuz qərarların qəbul olunmasına təkan verdi.

Dağlıq Qarabağ lokal münaqişə kimi XX əsrin sonlarında erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S. Qorbaçovun elan etdiyi “aşkarlıq və yenidənqurma dövründə başladı. Erməni separatçı-terrorçu təşkilatları “Qarabağ Komitəsi”, “Krunk” “Miatsum” (birləşmə) hərəkatını formalaşdırdılar. Bu hərəkatın arxasında Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya erməniləri dururdu. 1988-ci ilin fevralınd İrəvanda və Xankəndində separatçılar və erməni millətçiləri mitinqlər keçirdilər.Lokal münaqişəyə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti səbəb oldu. Ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar SSRİ-nin dağılması, erməni millətçilərinin əl-qolunu tamamilə açdı. 1991-ci ilinx sonu 1992-ci ilin əvvələrində münaqişə hərbi mərhələyə keçdi. Ermənistan Azərbaycanın ərazisində döyüş əməliyyatlarına başladı. 1992-1993-cü illərdə Azərbaycan ərazisinin bir qismi, o cümlədən Dağlıq Qarabağ və bir neçə ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu. Azərbaycana qarşı başlanan bu müharibə nəticəsində minlərlə insanlar həlak oldu, xəsarət aldı. Yüz minlərlə insanlar qaçqın düşdü və digər yerlərə köçürülmək məcburiyyətiylə qarşılaşdılar. Minlərlə insanlar itgin düşdülər. Bu müharibə ərzində ağır beynəlxalq cina-yətlər törədilmişdir. Ümumiyyətlə, bu münaqişənin hüquqi və siyasi həlli yolları Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrində, habelə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) və digər beynəlxalq təşkilatların bu məsələyə aid olan sənədlərində əksini tapan beynəl-xalq hüquq prinsiplərinə əsaslanır. Bu sənədlərdə, digər məsələ-lərlə yanaşı, təsdiq olunur ki Azərbaycan Respublikası ərazisi-nin işğalı Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün ciddi pozulması deməkdir.

Beynəlxalq sülh və təhlükəsizlik vəzifələrini öz üzərinə götürən Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinə və digər müvafiq sənədlərinə məhəl qoymamagla Ermənistan, dağıdıcı və militarist siyasətinin həqiqətən kim tərəfindən apa-rılmasını açıq-aşkar nümayiş etdirir.

Azərbaycan Respublikasına "ermənilərə qarşı irqi nifrət və dözümsüzlük yaymaq, anti-erməni təbliğatı aparmaq" ittihamı irəli sürən Ermənistan, heç nəyə məhəl qoymadan bütün ərazisini qeyri-ermənilərdən təmizləyərək monoetnik ölkəyə çevrilmişdir. Ermənistandan fərgli olarag, Azərbaycan Respublikası öz etnik müxtəlifliyini bu günə kimi goruyub saxlayir.

Azərbaycana qarşı muharibəyə başlayan və buna görə əsas məsuliyyəti üzərində daşıyan Ermenistan, uzunmüddətli müna-qişəyə son qoymaq naminə regionda sülhün bərpası, təhlükəsizlik və sabitlik yaratmaq əvəzinə, münaqişənin artırılmasına üstünlük verir. Bu da öz növbəsində, gözlənilməz nəticələrə səbəb ola bilər. Yuxarıda göstərilən memorandum və digər sənədlərdə əks olunan Ermənistanın mövqeyi, onu deməyə əsas verir ki, Ermənistan tərəfi, barışıq və sülh naminə, doğru və səmərəli addımlar atmaq fikrində belə deyil.

Ermənistanın təxribat xarakterli mövqeyi və döyüşkən ritorikası, hazırkı sülh səylərinə və münəgişənin siyasi yolla həlli perspektivlərinə meydan oxumaq, təcavüzkar müharibə təbliğatı aparmaq, Azərbaycan Respublikası tərəfindən - regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratmaq kimi qiymətləndirilir.

Aşağıda göstərilən məlumatlar Ermənistanın tarixi, etnik və dini xurafatina əsaslanmış, öz ölkəsi ilə bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində mono-etnik mədəniyyəti yaradılmasına yönəlmiş, təcavüzkar, işğalçı və diskriminasiya siyasətini nümayiş edir

Bu baxımdan, Azərbaycan ümid edir ki beynəlxalq ictimaiyyəti Ermənistanı onun dağıdıcı siyasətin həyata keçirilməsinə son qoymaqda, ümumi qəbul edilmiş norma və prinsiplərinə hörmət etməkdə, münaqişənin davamlı həllini tapmaq üçün vicdanla danışıqlar aparmaqda inandıracaq.

Hadisələrin xronologiyasına öz şərhlərini verərək, Ermənistan tərəfi adətən faktiki vəziyyət ilə bağlı bir sıra mühüm amillər haqda susur.

Münaqişənin hazırkı mərhələsinin başlanğıcı Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi və Ermənistanda azərbaycanlılara qarşı 1988-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı.

20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər

22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticə-də həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Vahid Ömərov f.ü.f.d.dos.