Sevda: "Artıq ər-arvadıq"

13 İyul 2020 15:50 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva ərə gedib. SİA-nın məlumatına görə, sənətçi həkim nişanlısı Zakir Bayramovla rəsmi nikaha girib. Bu haqda o, verilişlərin birində danışıb: "Fikirləşdik ki, nikah öncədən olmalıdır. Sənədlərimizi verdik və rəsmən ər-arvadıq. Karantindən sonra toy da olacaq.

Fikirləşirdim ki, 400-500 adam olsun. O tərəfdə 250 qonaq çağırmağı düşünür. İndi düşünürəm ki, şərt 750 adam çağırmaq deyil".