Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclas keçirib

13 İyul 2020 13:23 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalara görə təcili iclas keçirib. SİA-nın məlumatına görə, bu barədə KTMT-nın baş katibi Stanislav Zas bildirib.

İclas bu gün baş tutub.

Qeyd edək ki, Ermənistanın sərhəddə təxribat hücumuna əl atmasının arxasındakı səbəblərdən biri məhz üzvü olduğu KTMT-dən dəstək almaqdır.