"COVİD-19"-a yoluxanlar, "gözünüz aydın"

13 İyul 2020 13:12 (UTC+04:00)

Gündemi tamamilə zəbt edən COVİD bəlası ilə əlaqədar bir məsələni xatırladım. Sovetlərin vaxtında, uşaqlığıma təsadüf edən 1960-cı illərdə qızilcaya, çiçəyə qarşı məcburi vaksinasiya aparılırdı. Buna baxmayaraq, xatırlayıram ki, çoxları, xüsusilə də uşaqlar bu xəstəliyə tez-tez tutulurdu. O vaxtlar ailələrdə uşaqların sayı çox olardı.

Bununla bağlı iki məqamı xüsusilə qeyd edirəm.

Birincisi odur ki, qonşu-qohum qadınlar sumkalarını pay-püşlə doldurub, uşağı xəstələnən ailəyə gözaydınlığına, mubarəkə gələrdilər. Hətta bu xəstəliyi bəzən "mübarəki" adlandırırdılar.

İkinci məqam isə odur ki, ailədə bir uşaq xəstələnibsə onun paltarını, adətən köynəyini qəsdən digər uşağa geyindirərdilər ki, qoy o biri uşaqlar da yoluxsun. Şəxsən mənim indi də xatirimdədir ki, mən qardaşımla qoşa xəstələnib, sagalmışıq. Rəhmətlik nənəm və digər qadınlar da günlərlə yanımızda oturub bizə " keşik cəkər" tam sağalana qədər yataqdan qalxmağa qoymazdılar. Hətta bu, 40 günə qədər çəkə bilərdi.

Mən indi bunu elə başa düşürəm ki, oxumamış, təhsilsiz loğman-filosof nənələrimiz bu "qızıl qiymətli" qaydaları öz təcrübələri ilə qazanmış, böyüklərindən əxz etmiş, estafeti özündən sonrakı nəsillərə də otürmüşlər. Bax beləcə nəsildən-nəsilə bu adətlər özünü qoruyub saxlamışlar.

Çox-cox təəssüflər ki, indiki müasir zəmanəmizdə bu estafet zənciri qırılmış, əvəzinə isə hələ də tutarlı bir şey yaradılmayıb.

Bu məsələ ilə əlaqədar mən paralellər aparıb bu nəticəyə gəlirəm ki, bu bəla böyük ehtimalla hələ bir müddət çəkəcək. Kim daha tez xəstələnib sağalsa nisbətən böyük faizli sığorta qazanmış olur və həyatı rahatlaşır.

Bax burada nənələrimizin gözaydınlığı məsələsi öz yerini tutur. Xəstəliyə tutulan hər kəsə "gözaydınlığı" verir hətta yenə də nənəm demiş "mübarəkdir deyirəm". Deməli, bu COVİD-19 xəstəliyindən stresə, depressiyaya düşmək və bunu özünə dərd eləmək lazım deyil. Hər şey yaxşı olacaq. Həyat gözəldir, yaşamaq ondan da gözəldir! Əgər hər bir insan bunu dərindən başa düşüb, dərk eləsə ondan çalışar ki, bütün qaydalara riayət eləsin. Həm özünün və həm də başqalarını COVİD -19 pandemiyasına tutulmasına şərait yaratmasın. Bax, gəlin indi bir millət olaraq, hamımız belə düşünək və belə də hərəkət eləyək.

Rafiq MEHDİYEV