İrəvanda panika: Cəbhədə dəhşətdir, ölü və yaralı sayımız hədsiz çoxdur - FOTO

13 İyul 2020 14:40 (UTC+04:00)

Ermənistanın Tovuz təxribatına Azərbaycan Ordusunun layiqli cavab verməsi və düşmənin itkiləri haqda məlumat yaymaması erməni sosial şəbəkə istifadəçiləri və mediasının narahatlığını artırıb. Sosial şəbəkələrin erməni seqmentində isə ölkədə ciddi panikanın yaşandığı aydın sezilir. SİA xəbər verir ki, ermənilər ölü dolu yük maşınlarının paytaxt İrəvana doğru getdiyini yazırlar.

Erməni sosial şəbəkə istifadəçisi Diana Aratyunyanın yazdığına əsasən, hazırda cəbhədə dəhşət baş verir.

“Qardaşım oradadır, mənə zəng edib bildirdi ki, ölü və yaralı sayımız hədsiz çoxdur. Hospitallar dolub artıq. 70 ölü, 300 yaralı olduğu bildirilir, amma bu da yalandır, ona görə ki, qardaşım gözləri ilə 3 hərbi yük avtomobilinin cəsədlə dolu getdiyini görüb. Ölü sayımız 200-dən çox olmalıdır. Biz bilmirik nə edək. Qardaşımla da əlaqəni itirmişik. Hökumət isə susur", - deyə Aratyunan yazır.