Röyanın Əsmər nənəyə tikdirdiyi ev hazırdır VİDEO

13 İyul 2020 14:40 (UTC+04:00)

Xalq artisti Röya Ayxan ötən ilin sonunda sosial şəbəkələrdə müzakirələrə səbəb olan 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirib. SİA-nın məlumatına görə, Qazaxın Quşçu Ayrım sakinin mənzili tamamilə hazır edilib. Ev 160 kvadratmetr ərazidə tikilib, üç otaq, bir mətbəxt, sanitar qovşağı və ümumi zaldan ibarətdir. Ə. Cəfərovanın hazırda yaşadığı məkan onun və övladlarının xatirəsi olduğu üçün sökülməyib.

Sənətçi bunla bağlı "İnstagram"da görüntülər paylaşıb və bu sözləri qeyd edib: “Yəqin ki, yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdır. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildilk. Bütöv Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. İnşAllah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”.