Nəzakət Teymurovadan yeni xəbər var FOTO

13 İyul 2020 12:03 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, xanəndənin səhhəti haqda rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib. Muğam ifaçısı bildirib ki, N.Teymurova ilə tez-tez telefonla danışır və səhhəti yaxşıdır: "Hamı sənətkarımız Nəzakət Teymurovaya görə narahatdır. Telefonum susmayıb. Səhhəti stabildir, şükür. Hamımız Allaha dua edək, tezliklə evə dönsün".