Roza Zərgərlinin oğlu əsgərlikdən geri döndü VİDEO

13 İyul 2020 12:12 (UTC+04:00)

Müğənni Roza Zərgərlinin oğlu Jerar hərbi xidmətdən geri dönüb. SİA-nın məlumatına görə, bu haqda sənətçinin özü məlumat verib. Belə ki, Zərgərli övladı ilə videosunu sosial şəbəkədə yayımlayıb. R.Zərgərli bildirib ki, 1 il 6 aydan sonra oğlu evə qayıdıb: "Deyirlər, zaman tez keçir, övladlar böyüyür. Jerarım gəldi, əsgərliyini çəkdi. İndi qaldı universiteti".