ABŞ HDQ-nin "Bonhomme Richard" gəmisindəki yanğın bir neçə gün davam edə bilər

13 İyul 2020 04:01 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin San-Dieqo (Kaliforniya) bazasında dayanan "Bonhomme Richard" gəmisindəki yanğın bir neçə gün davam edə bilər.

SİA xəbər verir ki, bunu şəhər yanğın-xilasetmə xidmətinin başçısı Kolin Stouell deyib.

Onun sözlərinə görə, gəmi içəridən yanana qədər alovun "bir neçə gün" söndürə bilinməməsi ehtimalı var. K.Stouel yanğınla mübarizəyə katerlər və ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunduğunu bildirib.

O qeyd edib ki, yanğının hərbi gəmiyə və gəmidən katerlərin yüklənib düşürülməsi üçün nəzərdə tutulan stapel-göyərtədə başlanması təxmin edilir. "Bonhomme Richard" tipli gəmilər göyərtəsində helikopterlər, katerlər və zirehli texnika daşıya bilir.