Rusiyada “An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub

13 İyul 2020 08:51 (UTC+04:00)

Rusiyanın Nijni Novqorod vilayətində “An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.

SİA Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə səhərə yaxın baş verib. Təyyarə Kistenevo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb və yanıb. Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.