Cəlilabad şəhərində 54 yaşlı şəxs bıçaqlanıb

13 İyul 2020 08:13 (UTC+04:00)

Cəlilabad şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, naməlum şəraitdə bıçaqlanan 1966-cı il təvəllüdlü Vidadi Xeyrulla oğlu Atayev Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hazırda hadisənin kim tərəfindən törədildiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.