Duda Polşada keçirilən prezident seçkilərində cüzi fərqlə rəqiblərindən irəlidədir

13 İyul 2020 07:24 (UTC+04:00)

Polşanın hazırkı prezidenti Andrzej Duda ölkədə keçirilən prezident seçkilərində cüzi fərqlə rəqiblərindən irəlidədir.

SİA-nın "BBC"-yə istinadən verdiyi məlumata görə, bazar günü keçirilən eksitpolun nəticələrinə əsasən, Duda 50.4% səslə liderdir.

Onun əsas rəqibinin Varşava meri sosial liberal Rafal Trzaskovski olduğu bildirilir.