Afaq Bəşirqızı şəhidlərdən danışıb, ağladı VİDEO

13 İyul 2020 11:30 (UTC+04:00)

Xalq artisti Afaq Bəşirqızı sosial mediada yeni videosunu yayımlayıb. SİA-nın məlumatına görə, aktrisa görüntülərdə şəhidlərdən danışaraq göz yaşı töküb: "Düşmənlə üz-üzə duran igid və oğullarım elə bilməyin ki, heç nədən xəbərimiz yoxdur. Bütün hadisələri izləyirik. Sizin qeyrətinizə qurban olum. Biz sizinləyik. Hamımız bir yumruq kimi yaşımızdan asılı olmayaraq birlik olub, düşmənə qalib gəlməliyik".