Gürcüstanın paytaxtında partlayış baş verib

12 İyul 2020 12:05 (UTC+04:00)

Gürcüstan paytaxtı Tiflisin Muxiani rayonunda partlayış baş verib. Gürcüstan KİV-lərinin verdiyi məlumata görə, bir nəfər həlak olub.

Bildirilir ki, partlayış birmərtəbəli binada baş verib, lakin yanğın olmayıb. Partlayıçın səbəbləri barəd məlumat verilməyib.

Ölkənin DİN-yi hadisə ilə bağlı araşdırmalar aparır.