Gürcüstanda zəlzələ oldu

12 İyul 2020 10:25 (UTC+04:00)

Gürcüstanda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 09:54-də qeydə alınıb.

Zəlzələnin episentri Kareli bələdiyyəsinin Muxileti kəndi yaxınlığında, zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.