Çinin şimalında zəlzələ baş verib

12 İyul 2020 10:05 (UTC+04:00)

Çinin şimalında yerləşən Hebey vilayətinin ərazisində 5.1 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin seysmoloji mərkəzi xəbər yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 06:38-də qeydə alınıb (02:38 GMT+4). Zəlzələnin episentri Tyanşan şəhərinin Que rayonunda, 10 kilometr dərinlikdə olub.

7.9 milyon əhalisi olan Tyanşanda dağıntılar və xasarət alanlar barədə məlumat verilməyib.