Bakının Xəzər rayonunda 39 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb

12 İyul 2020 03:34 (UTC+04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Qəribov Yaşar Ayəddin oğlu yaşadığı evin həyətində tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.